AZ

La Liqa: “Leqanes” “Rayo Valyekano”ya evdə uduzdu

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 22-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Leqanes” doğma meydanda “Rayo Valyekano” ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmanın taleyini bir qol həll edib. Qonaq komanda yeganə qolla vacib 3 xala sahib çıxıb.

22-ci turun qalan görüşləri 1-3 fevral aralığında keçiriləcək.

İspaniya, La Liqa
22-ci tur
31 yanvar

Leqanes – Rayo Valyekano 0:1
Qol: Siss, 78.

1 fevral

17:00. Xetafe – Sevilya
19:15. Vilyarreal – Valyadolid
21:30. Atletiko – Malyorka
00:00. Espanyol – Real

2 fevral

17:00. Barselona – Alaves
19:15. Valensiya – Selta
21:30. Osasuna – Real Sosyedad
00:00. Betis – Atletik

3 fevral

00:00. Jirona – Las Palmas

Seçilən
47
1
arena.az

7Mənbələr