Ağdaşda 2 yaşlı uşaq nəfəs borusuna badam qırığı getməsi səbəbindən ölüb. Manset.az Report-a istinadən xəbər verir ki, 2023-cü il təvəllüdlü Kamran İsayev nəfəs borusuna badam qırığı getməsi səbəbindən Ağdaş Rayon Xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.