AZ

Qumbaranı evə uşaq gətiribmiş... – Ağcabədidəki partlayışın TƏFƏRRÜATI

Ağcabədidə qumbaranın partlaması nəticəsində 5 nəfərin öldüyü hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, azyaşlı uşaq Hindarx qəsəbəsi ərazisində oynayan zaman qumbara tapıb. 
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Ağcabədidə PARTLAYIŞ – Çox sayda ölü və yaralı var


O, qumbaranı evə gətirib və ailə üzvlərinə verən zaman qumbara açılıb və bu zaman partlayış baş verib.

Nəticədə 5 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, araşdırm aparılır.

Bizim.Media

Seçilən
27
25
bizim.media

10Mənbələr