Basketbol üzrə Avropada bir nömrəli klub turniri sayılan Avroliqada bu mövsüm ''dördlər finalı''na ev sahibliyi edəcək şəhərin adı açıqlanıb.
''Football-plus.az'' xəbər verir ki, şayiələr təsdiqini tapıb. Bu il ''dördlər finalı''na tarixdə ilk dəfə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dəbi ev sahibliyi edəcək. Bu xəbəri turnirin mətbuat xidməti yayıb.
Oyunlar 18 min azarkeş tutumuna malik ''Etihad Arena''da keçiriləcək. Yarımfinal qarşılaşmaları mayın 23-də keçiriləcək. 3-cü yer uğrunda oyun və final qarşılaşması isə mayın 25-də baş tutacaq. Daha öncə qeyd edilmişdi ki, qarşıdakı 4 il ərzində ''dördlər finalı''na məhz BƏƏ ev sahibliyi edəcək. Amma hələ ki, növbəti illərlə bağlı rəsmi açıqlama verilməyib.
Avroliqada hazırda turnir cədvəlinə ''Olimpiakos''başçılıq edir. ''Fənərbaxça'' 2-ci, ''Monako'' isə 3-cü pillədə qərarlaşıb.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta