2025-ci ildə Avroliqanın “Dördlər finalı”nın keçirilmə yeri kimi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi seçilib. SİA xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb. 2024/25 mövsümünün yarımfinalları mayın 23-də baş tutacaq. Həlledici görüş isə mayın 25-də keçiriləcək. Biletlər fevralın 26-dan satışa çıxarılacağı bildirilir. İddialara görə, BƏƏ görüşləri qəbul etmək üçün Avroliqa rəhbərliyinə 25 milyon ödəyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta