CNN-nin yaydığı
məlumata görə,o, senatorları əmisi oğlu Robert Kennedinin Səhiyyə və Sosial Xidmətlər naziri vəzifəsinə namizədliyini rədd etməyə çağırıb.
Kennedinin qızı senatorlara yazdığı məktubda qohumunu “yırtıcı və ikiüzlü” adlandırıb. Karolin Robertin potensial vəzifəsinin zərərləri barədə danışmağı özünə mənəvi borc bildiyini bildirib. O, həmçinin əmisi oğlunun narahatlıq doğuran davranışlarını, o cümlədən peyvəndlər haqqında ziddiyyətli fikirlərini önə çəkib.
Xatırladaq ki, ötən il kiçik Kennedi müstəqil namizəd kimi prezidentliyə namizəd olmuşdu. Lakin o, sonda kampaniyasını dayandırdı və Trampı dəstəklədi.
Tramp prezident seçiləndən sonra isə Robert Kennediyə özünün komandasında nazir kimi çalışmağı təklif etdi.
Tural Tağıyev
AzVision.az