Trampın səhiyyə naziri postuna seçdiyi kiçik Robert Kennedi qərarın təsdiqi üçün bu gün Senat qarşısına çıxacaq.
Publika.az xəbər verir ki, 2024-cü ildə ABŞ-da keçirilən prezident seçkilərində kiçik Robert Kennedi ilə birlikdə namizədliyini irəli sürən amerikalı milyonçu hüquqşünas Nikol Şanahan Kennedinin əleyhinə səs verəcək senatorlardan qisas alacağına söz verib.
ABŞ prezident seçkilərinə müstəqil namizəd kimi başlayan R.Kennedi vitse-prezidentliyə milyonçu Silikon Vadisi hüquqşünası Nikol Ann Şanahanı seçmişdi. İkili daha sonra Donald Trampı dəstəkləyərək seçkidən çəkilib.
Nikol Ann Şanahan bu gün ABŞ Senatının qarşısına çıxacaq Kennedini dəstəkləmək üçün sosial şəbəkədə məlumat paylaşıb. Mesajında Şanahan Kennedinin nazirliyinin əleyhinə səs verəcək senatorları xəbərdarlıq edib.