AZ

Kim Çen In "mənəviyyat iclası" keçirdi: vəzifəliləri cəzalandırdı

Şimali Koreya lideri Kim Çen In əxlaqsız davranışa görə rayon partiya komitəsinin üzvlərini vəzifə səlahiyyətlərini aşaraq dəvət aldıqları tədbirə spirtli içki içərək gəldikləri üçün danlayıb.

Ölkə.Az KCNA-ya istinadən xəbər verir ki, yanvarın 27-də Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin qərargahında Kim Çen Inın sədrliyi ilə katibliyin iclası keçirilib. İclasda partiya intizamının kobud şəkildə pozulması və vəzifə səlahiyyətindən sui-istifadə və vəzifə səlahiyyətini aşmaq kimi məsələlər müzakirə edilib. İclasda xüsusən də partiyanın Nampo şəhərinin Onqçon dairəsindəki vəziyyət barədə danışılıb.

Qeyd olunub ki, partiyanın yerli təşkilatının rəhbərliyi də daxil olmaqla 40-a yaxın insan mədəni və ictimai tədbirdə  alqokollu içkilər qəbul ediblər.

Şimali Koreya lideri Kim Çen In çıxışında bu hadisəni partiyanın nizam-intizam qaydalarının ciddi şəkildə pozulması,  təşkilat daxilində mənəvi aşınma, partiyada sağlam atmosferi çirkləndirən yad ideoloji element və ölkəni anarxiyaya sürükləyən hərəkət kimi dəyərləndirib.

Yekunda nizam-intizam qaydaları pozulan bölgələrdə partiyanın yerli təşkilatları buraxılıb və hadisədə günahkar olanlar isə cəzlandırılıb.

Mürtəza
Ölkə.Az

Seçilən
18
50
olke.az

10Mənbələr