AZ

Yeni müharibə başlayır? – Kim Çen In GÖSTTƏRİŞ VERDİ

Şimali Koreya lideri Kim Çen In ölkəsindəki nüvə materialı istehsalı müəssisəsini və Nüvə Silahları İnstitutunu yoxlayıb.

Medianews.az xəbər verir ki, Kim Çen In  nüvə müdafiə qabiliyyətini daim təkmilləşdirməyin “dəyişməz hərbi və siyasi vəzifə” olduğunu bildirib.

Şimali Koreya lideri səlahiyyətlilərə nüvə strateji potensialının daha da gücləndirilməsi və nüvə istehsalının artırılması barədə göstəriş verib.

Beynəlxalq ekspertlər bunu yeni müharibə hazırlığı kimi qiymətləndirirlər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra verdiyi açıqlamada Şimali Koreyanı “nüvə gücü” adlandırıb. Tramp Kim Çen In haqqında “Düşünürəm ki, o, mənim Ağ Evə qayıtdığımı görəndə sevinəcək” deyib.

Trampın açıqlamaları Şimali Koreya ilə diplomatiyaya qayıtmaq siqnalı kimi şərh edilib. Buna baxmayaraq, Şimali Koreya administrasiyası keçən bazar günü su altından atılan idarəolunan strateji qanadlı raketi sınaqdan keçirərək Tramp administrasiyası dövründə ilk silah sınağını həyata keçirib.

Medianews.az

Kim Jong-Un, Nükleer Kapasiteyi Güçlendirme Talimatı Verdi

Kim Jong-Un, Nükleer Kapasiteyi Güçlendirme Talimatı Verdi

Kim Jong-Un, Nükleer Kapasiteyi Güçlendirme Talimatı Verdi

Seçilən
22
50
medianews.az

10Mənbələr