Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp inaqurasiyası zamanı etdiyi çıxışdahəm müttəfiq, həm də rəqib dövlətlərə münasibətdə səsləndirdiyi“Öncə Amerika” prinsipini eyni sərtliklə nümayiş etdirməkdədir.Prezident Trampın Davos İqtisadi Forumunda onlayn formatda etdiyiçıxışda da bu yanaşmanı beynəlxalq auditoriya üçün də təkrarlamasıxarici siyasət sahəsində onun edəcəyi ciddi dəyişikliklərdən xəbərverir.
Bu fikirləri Trend-əaçıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.
Millət vəkili xatırladıb ki, Donald Tramp artıq xarici ölkələrəABŞ-nin göstərdiyi yardımın yenidən qiymətləndirilməsinə dairsərəncam imzalayıb:
“Bu, yardımın 90 gün müddətinə dayandırılmasını nəzərdə tutur(burada istisna yalnız iki dövlət, İsrail və Misirə münasibətdəedilib). Trampın imzaladığı sənəddə qeyd edilir ki, ABŞ-nin xariciyardım sahəsi və onun daxilində hökm sürən bürokratiya Amerikanınmaraqlarına uyğun deyil və bir çox cəhətdən Amerika dəyərlərinəziddir. Bu vəsaitlərin öz təyinatı üzrə xərclənməməsi barədəsuallar həm də qəbul edən tərəflərdə yaranıb. Gürcüstanın Başnaziri İrakli Kobaxidze ötən həftə mətbuat konfransında deyib:“ABŞ-dən gələn pullar tez-tez digər ölkələrin suverenliyinə xələlgətirmək üçün proseslərin maliyyələşdirilməsinə istifadə olunurdu".Məlum oldu ki, Amerika pulları düzgün olmayan proseslərimaliyyələşdirmək üçün sərf olunurdu”.
Deputat bildirib ki, USAID Bayden-Blinken administrasiyasıdönəmində Ermənistana (texniki) yardımları faktiki iki dəfəartıraraq 250 milyon dollara çatdırıb:
“Bu xərclər hətta Ermənistanın iqtisadi və ya sosial inkişafınayönəldilsə də, həmin yardımlar təcavüzkar keçmişi olan, revanşistmeylli Ermənistana imkan verir ki, öz büdcəsində həmin sahələrəvəsait ayırmasın, qənaət etsin və bu vəsaiti hücumxarakterlisilahlanmaya yönəltsin. Bu da göstərir ki, hətta humanitarxarakterli düşünülən yardımlar, reallıqda başqa məqsədlər üçünsui-istifadə olunur.
Diplomatiyada siyasi müdaxilə məqsədilə “yumşaq vasitə və yaalət” kimi istifadə edilən texniki yardım məsələsinə yenidənbaxılması həm yeni Amerika administrasiyası tərəfindən, həm dəqəbul edilən tərəfdən qaldırılırsa, deməli, islahat aparılasıməqamlar çoxdur. Ermənistana edilən davamlı yardımlar aidiyyətiregiona münasibətdə sabitlik və sülhün əldə edilməsində çoxsaylısuallar və narahatlıq yaradırsa, deməli, həmin yardımlarıntəyinatına və effektivliyinə yenidən baxılmalıdır.
Ermənistan hökuməti xarici siyasətdəki “yelləncək siyasəti” iləhəm Rusiyadan yararlanmağa çalışır, həm də Qərbin yanında olmaqistəyir. Ermənistanın etibarsız tərəfdaş, xarici və iqtisadisiyasətdə müstəqil, alıcılıq qabiliyyətinin çox aşağı olması onunciddi və etibarlı tərəfdaş kimi qəbul edilməsiniçətinləşdirir”.
R.Nəbiyev vurğulayıb ki, yeni ABŞ administrasiyasının CənubiQafqaz siyasətinin necə qurulacağı Azərbaycan, Gürcüstan vəErmənistanda siyasi dairələri düşündürür:
“Digər bir məqam isə Avropanın yeni təhlükəsizlikarxitekturasının gələcəyi və onun Cənubi Qafqaz regionuna təsiriilə bağlı məsələlərdir. Hərbi büdcəsi 824 milyard dollardan çoxolan ABŞ-nin yeni Prezident Administrasiyası NATO üzvü olan Avropatərəfdaşlarından müdafiələrinin təşkili ilə bağlı xərcləriniözlərinin təmin etməsi üçün hərbi xərclərini ÜDM-in 5 faizhəcminədək qaldırmasını tələb edir. Hazırda əksər Avropadövlətlərində bu xərc 2-3 % arasında dəyişir. Hərbi xərclərinartırılması NATO üzrə tərəfdaş kimi ABŞ-ni qane etsə də, Avropaİttifaqı üzvləri arasında rəqabət və qısqanclığı gücləndirir.
Rusiya-Ukrayna müharibəsinin dayandırılması və bu probleminhərtərəfli həlli ilə bağlı müzakirə olunan əsas məsələlərdən biriAvropanın ümumi təhlükəsizlik axritekturasının gələcəyi, Rusiya vəNATO dövlətləri arasında təhlükəsizlik zəmanəti ilə bağlıdır.Xüsusi ilə birinci məsələ kontekstində Cənubi Qafqaz dövlətlərinintəhlükəsizliyi ilə bağlı məsələlər də hansısa forma və mərhələdəmüzakirə predmetində yer ala bilər.
Rusiya rəhbərliyi ABŞ-nin yeni administrasiyası ilə görüşəhazırlıq istiqamətində regional və qlobal mövqelərinimöhkəmləndirir. Kremldə İranla hərtərəfli strateji tərəfdaşlıqhaqqında sənədin imzalanması, Çinlə dövlət başçıları səviyyəsindəonlayn formatda keçirilən görüşdə dostluq münasibətləri vəçoxqütblü dünya düzəninin əhəmiyyətinin vurğulanması bunu təsdiqedir. Rusiya üçün prioritet məsələ ABŞ və Avropa dövlətləri iləUkraynaya dair danışıqlarda güclü mövqedən çıxış etmək və daha çoxsiyasi və hərbi-təhlükəsizlik güzəşti əldə etməkdir”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan ABŞ ilə enerji,nəqliyyat-logistika, terrorizmlə mübarizə sahələrindəkiuzunmüddətli səmərəli əməkdaşlıqdan çıxış edərək münasibətlərə yeniməzmun verilməklə onu strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqdamaraqlı olduğunu bəyan edib:
“Müstəqilliyimizin ilk illərində transmilli enerji şirkətləriilə birgə Azərbaycanın Xəzər dənizi sektorundakı neft və qazehtiyatlarının istismarı və ixracı ilə bağlı fəaliyyətin həyatakeçirilməsində ABŞ hökumətinin siyasi və investisiya dəstəyi mühümrol oynadı. Azərbaycan öz qazını “Cənub qaz dəhlizi” vasitəsi iləAvropaya, neftini Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsiləTürkiyənin Aralıq dənizi limanı olan Ceyhana ixrac etməklə ABŞ-ninAvropada NATO üzvü olan müttəfiqlərinin enerji təhlükəsizliyinintəmin olunmasına sabit töhfə verir. NATO üzvü olan dövlətlərinmilli təhlükəsizliyinin təminində Azərbaycanın iştirakı isə həm dəölkəmizin dost və etibarlı tərəfdaş kimi beynəlxalq tərəfdaşlıqdamühüm rolunun və funksiyasının olduğunu təsdiqləyir.
Prezident İlham Əliyev Donald Trampa ünvanladığı təbrikməktubunda ənənəvi sahələrdə qarşılıqlı etimada əsaslanantərəfdaşlığın qətiyyətlə davam etdirilməsi ilə yanaşı, yeniəməkdaşlıq sahələri üzrə də sıx işləmək qətiyyəti və əməkdaşlığınyeni məzmun kəsb edəcəyinə inamını ifadə etdi. Prezident İlhamƏliyev yerli televiziyalara müsahibəsində ABŞ ilə münasibətləristrateji tərəfdaşlıq səviyyəsinə qaldımaq ismarıcını açıqlamışdı.Strateji tərəfdaşlıq isə əsasən təhlükəsizlik və hərbi-müdafiəsahələrində intensiv əməkdaşlığı ehtiva edir”.
Deputat əlavə edib ki, ABŞ-Azərbaycan münasibətlərində digərvacib komponent terrorizmlə mübarizədə birgə fəaliyyət və ABŞhökumətinə hakimiyyətdə hansı partiyanın nümayəndəsinin olmasındanasılı olmayaraq bu sahədə uzun illər məhdudiyyətsiz dəstəyingöstərilməsidir.
“Azərbaycan bu sahədə də özünü etibarlı tərəfdaş kimi doğruldub.Əfqanıstanda həyata keçirilən uzun müddətli birgə əməkdaşlıq vəABŞ-nin Əfqanıstana müxtəlif təyinatlı uçuşlarının həyatakeçirilməsində Azərbaycanın verdiyi nəqliyyat-logistik yardımikitərəfli münasibətlərdə etibarlılıq və qarşılıqlı dəstəyinolmasına çox yaxşı nümunədir. Hətta bu səylərin dəstəklənməsi vəgenişləndirilməsi niyyəti ilə “Azadlığı Dəstəkləmə Aktı”na 1992-ciildə edilən ədalətsiz 907-ci düzəliş dayandırılıb. Amma keçmişadministrasiyanın Əfqanıstandan qaçmasından və Azərbaycanın özsuverenliyini tam bərpa etməsindən sonra Bayden administrasiyası2023-cü ildə 907-ci düzəlişin bərpasına qərar verib və Azərbaycanahərbi yardımların edilməsini dayandırıb”.
R.Nəbiyev Donald Trampın dünyada sülhün bərqərar olmasınıprioritet elan etdiyini xatırladıb.
“Tramp administrasiyasının sülhməramlı missiyası üçün imkanlarvar. Sülh müqaviləsinin əksər müddəaları üzrə razılıq əldəedildiyindən bu, sülh müqaviləsinin imzalanması üçün Ermənistanınkonstruktiv addımlar atması və Azərbaycanın məlum obyektivşərtlərini qəbul etməsi prosesini sürətləndirə bilər. Praqmatizmiqiymətləndirən yeni ABŞ administrasiyasının bu istiqamətdəAzərbaycanın sülh səylərini dəstəkləməsi və əldə ediləcək realnəticə Trampın başqa regionlardakı sülh missiyası üçün də uğurlunümunə ola bilər”, - deyə deputat qeyd edib.