Türkiyədə minimum pensiya 15,75 % artaraq 14 469 (687 AZN) lirə təşkil edəcək.
Viral.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Baş Şurası minimum pensiyanın artırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Məlumata görə, qəbul edilmiş sənəddə doqquz bənd var ki, bunlardan biri minimum pensiyanın artırılmasını nəzərdə tutur. Dəyişikliklər nəticəsində cari ildən minimum pensiya məbləği 12 500 lirədən 14 469 lirəyə qədər, yəni 15,75% artacaq.
Son Yazılar:
- Türkiyədə minimum pensiya 15,75 % artırıldı
- Bakı-Quba yolunda “KIA Sportage” aşdı, 5 nəfər xəsarət aldı
- Dövlət müəssisələrində iş rejimi dəyişkən iş qrafikinə keçəcək
Bundan başqa, tənzimləmə ilə 2016-cı ildən tətbiq edilən işəgötürənlərə maliyyə dəstəyi davam etdiriləcək. 2025-ci ildə hər işçi üçün subsidiya məbləği 1 000 lirə təşkil edəcək. Bu tədbir məşğulluğun qorunmasına və rəsmi işə götürülmənin dəstəklənməsinə yönəlib.