Türkiyədə minimum pensiya 15,75 % artaraq 14 469 (687 AZN) lirə təşkil edəcək.
Publika.az “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Baş Şurası minimum pensiyanın artırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Məlumata görə, qəbul edilmiş sənəddə doqquz bənd var ki, bunlardan biri minimum pensiyanın artırılmasını nəzərdə tutur. Dəyişikliklər nəticəsində cari ildən minimum pensiya məbləği 12 500 lirədən 14 469 lirəyə qədər, yəni 15,75% artacaq.