AZ

Erməni diasporu Ermənistan-Azərbaycan münaqişəsində Fransanın mövqeyinə təsir edir - Gülşən Paşayeva

Bakı. Trend:

Erməni diasporu Fransanın Ermənistan-Azərbaycan münaqişəsindəmövqeyinə təsir edən spesifik daxili amildir.

Trend xəbərverir ki, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzininİdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Gülşən PaşayevaBakıda “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusundakeçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Fransa erməni diasporunun yaşadığı dünyanınən böyük ölkələrindən biridir - burada erməni diasporunun sayıtəxminən 600 min nəfərdir.

"Rusiya və ABŞ-dən sonra dünyada üçüncü, Avropa İttifaqında isəən böyük erməni diasporu buradadır. Bundan əlavə, Fransa ənənəviolaraq erməni maraqlarını fəal şəkildə dəstəkləyən güclü lobbistrukturları var", - o bildirib.

G.Paşayeva, Fransanın 1992-ci il yanvarın 3-də Azərbaycanınmüstəqilliyini tanıyan ilk dövlətlərdən olduğunu xatırladıb.İkitərəfli əlaqələr rəsmi olaraq 1992-ci il fevralın 21-dəqurulmuş, Azərbaycanın Fransadakı səfirliyi 1994-cü ilinoktyabrında açılmışdır.

Qeyd edək ki, Bakıda “Fransa və Ermənistan-Azərbaycanmünaqişəsi” mövzulu beynəlxalq konfrans öz işinə başlayıb.

Tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarəheyətinin sədri Fərid Şəfiyev, “Côte d'Azur” universitetindən olanictimai hüquq üzrə professor Kristian Vallar, Azərbaycan MilliMəclisinin millət vəkili Tural Gəncəliyev, “Musulmans en France"fransız xəbər portalının təsisçisi və baş redaktoru, Parisin “LaGazette du Caucase” internet-qəzetinin baş redaktoru Jan-Mişel Brünvə başqaları iştirak edir.

Seçilən
34
3
az.trend.az

10Mənbələr