Bakı. Trend:
Azərbaycanla Fransa arasında münasibətlər 2020-ci ildəndəyişib.
Trend xəbərverir ki, bunu Cote d'Azur Universitetinin ictimai hüquq professoruKristian Vallar Bakıda "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi"mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib.
"Fransa Azərbaycanı müstəqillik əldə etdikdən dərhal sonratanıyan azsaylı ölkələrdən biri idi ki, bu da tezliklə Azərbaycandasəfirliyin açılmasına və ikitərəfli əlaqələrin genişlənməsinə səbəboldu. Təbii ki, Fransa münaqişənin həllində vasitəçi rolunuoynamağa və bitərəflik mövqeyini saxlamaqla iki ölkə arasındadavamlı sülhə nail olmağa çalışırdı. Son illərdə baş verənhadisələrə baxmayaraq, Fransa keçmişdə bitərəf qalmağa, beynəlxalqhüquq normalarına riayət etməyə, iqtisadi və mədəni sahələrdəikitərəfli münasibətləri inkişaf etdirməyə çalışıb", - obildirib.
Professor qeyd edib ki, 2020-ci ildə Azərbaycan öz əraziləriniişğaldan azad etdikdən sonra vəziyyət dəyişdi. Bu, Fransanın kəskinreaksiyasına səbəb oldu və bu, bir çox qərar və qətnamələrinqəbuluna səbəb oldu.
O, Fransadakı erməni icmasının çox böyük təsirə malik olduğunuvurğulayıb.
"Məsələn, mənim yaşadığım Marseldə erməni diasporunun sayı həttayerli fransızların sayından da çoxdur", - K. Vallar qeyd edib.
Qeyd edək ki, Bakıda “Fransa və Ermənistan-Azərbaycanmünaqişəsi” mövzulu beynəlxalq konfrans öz işinə başlayıb.
Tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarəheyətinin sədri Fərid Şəfiyev, “Côte d'Azur” universitetindən olanictimai hüquq üzrə professor Kristian Vallar, Azərbaycan MilliMəclisinin millət vəkili Tural Gəncəliyev, “Musulmans en France"fransız xəbər portalının təsisçisi və baş redaktoru, Parisin “LaGazette du Caucase” internet-qəzetinin baş redaktoru Jan-Mişel Brünvə başqaları iştirak edir.