AZ

Qırğızıstan-İran əməkdaşlığının perspektivləri müzakirə edilib

Bakı,TurkicWorld

Qazaxıstana işgüzar səfəri çərçivəsində Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasıməliyev İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref ilə görüşüb.

TurkicWorld xəbər verir ki, görüş Almatıda Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası çərçivəsində baş tutub.

Kasıməliyev qeyd edib ki, Qırğızıstan İranla dostluq əlaqələrinin möhkəmləndirilməsinə xüsusi önəm verir və İran tərəfi ilə bütün səviyyələrdə siyasi dialoq və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazırdır.

"Ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensial var. İranla investisiya əməkdaşlığı hökumətimizin iqtisadi diplomatiyasının prioritet istiqamətlərindən biridir. Bu baxımdan, mən bu sahədə maraqlı olduğumuzu və birgə səylərə hazır olduğumuzu vurğulamaq istərdim”,- deyə o vurğulayıb.

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref də öz növbəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsində və birgə layihələrin səmərəli həyata keçirilməsində maraqlı olduğunu bildirib.

Görüş zamanı tərəflər ticarət-iqtisadi, investisiya, nəqliyyat və logistika sektorlarında Qırğızıstan-İran əməkdaşlığının perspektivlərini müzakirə ediblər.

Seçilən
39
2
turkic.world

3Mənbələr