AZ

Qırğızıstan və İran iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edirlər

Qırğızıstanın Baş naziri ölkəsinin İrana mühüm tərəfdaş kimi baxdığını bildirib.

Qırğızıstanın Baş naziri Adılbek Kasıməliyev Avrasiya Hökumətlərarası Şurasının Almatıda keçirilən iclası çərçivəsində İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref ilə görüşüb.

Operativ Media xəbər veirr ki, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər ölkələr arasında ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi, investisiyaların cəlb edilməsi və nəqliyyat logistikasının inkişafı məsələlərini müzakirə ediblər.

Adılbek Kasıməliyev Qırğızıstanın İrana mühüm tərəfdaş kimi baxdığını vurğulayıb:

“Ölkələrimizin ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün əhəmiyyətli potensialı var. İran investisiyalarının cəlb edilməsi iqtisadi diplomatiyamızın prioritet sahələrindən biridir. Biz ticarət dövriyyəsinin artırılması üçün birgə səylər göstərməyə hazırıq”.

Seçilən
20
2
operativmedia.az

3Mənbələr