Ağcabədidə qumbara partlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb. Baş vermiş hadisə nəticəsində 5 nəfərin öldüyü, yaralanların olduğu bildirilir. İlkin məlumata görə, onlar eyni ailənin üzvləridir.
Faktla bağlı araşdırma başlanıb.