AZ

Ağcabədidə evdə əl qumbarası partladı

Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən parlayışın baş verməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti bildirib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.


Müəllif: Əsəd Məmmədəliyev
Seçilən
43
2
teleqraf.com

10Mənbələr