AZ

Ağcabədidə baş vermiş partlayışla bağlı cinayət işi başlanıb

Xəbər verildiyi kimi Ağcabədi rayonunun Hindarx qəsəbəsində baş verən parlayış nəticəsində 5 nəfər ölüb (onlardan 3-ü yetkinlik yaşına çatmayan şəxsdir):

Xəbər verildiyi kimi Ağcabədi rayonunun Hindarx qəsəbəsində baş verən parlayış nəticəsində 5 nəfər ölüb (onlardan 3-ü yetkinlik yaşına çatmayan şəxsdir).

"Operativ media"ya bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumat verib.

1. Quliyev Şamiq Əfqan oğlu (1959);

2. Quliyev Bəhruz Şamiq oğlu (1983);

3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015);

4. Məmmədli Murad Vidadi oğlu (2018);

5. Quliyev Natiq Namiq oğlu (2018),

2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

1. Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985);

2. Quliyeva Aysun Namiq qızı (2015).

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Seçilən
72
25
operativmedia.az

10Mənbələr