AZ

Ağcabədidə baş vermiş partlayışla bağlı cinayət işi başlanıb

Bakı. Trend:

Ağcabədidə baş vermiş partlayışla bağlı cinayət işibaşlanıb.

Trend bu barədəBaş Prokurorluğa istinadən xəbər verir.

Xəbər verildiyi kimi, Ağcabədi rayonununHindarx qəsəbəsində baş verən parlayış nəticəsində 5 nəfər ölüb(onlardan 3-ü yetkinlik yaşına çatmayan şəxsdir):

1. Quliyev Şamiq Əfqan oğlu (1959);

2. Quliyev Bəhruz Şamiq oğlu (1983);

3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015);

4. Məmmədli Murad Vidadi oğlu (2018);

5. Quliyev Natiq Namiq oğlu (2018),

2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

1. Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985);

2. Quliyeva Aysun Namiq qızı (2015).

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və yagəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqaparılır.

Seçilən
73
26
az.trend.az

10Mənbələr