"Ayla Şiriyevanın (Aila Rai) səhhəti yaxşıdır, həyati təhlükəsi yoxdur, əməliyyat uğurlu keçib".
Bu fikirləri gənc müğənni Ayla Şiriyevanın prodüseri Aytən Əliyeva deyib.
O əlavə edib ki, A.Şiriyeva hazırda özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib:
"Aidə xanım xəsarət alıb, əməliyyat keçirib. Amma vəziyyətinin ağır olması ilə bağlı yayılan məlumatlar yanlışdır".
Xatırladaq ki, ötən gün Bakı-Quba magistral avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. 90-ZD-873 dövlət qeydiyyat nişanlı "KIA Sportage"i idarə edən qadın sürücü avtomobili aşırıb. Hadisə nəticəsində yeddi nəfər xəsarət alıb. Həmin qəzanın iştirakçılarından biri də A.Şiriyeva olub.
***
14:45
Gənc müğənni Ayla Şiriyevanın (Aila Rai)ağır avtomobil qəzası keçirib.
Avtosfer.az xəbər verir ki, müğənni Şahdağdan qayıdarkən yolda ağır qəzaya uğrayıb.
Sumqayıt Tibb Mərkəzində reanimasiya şöbəsinə yerləşdirilən ifaçı bu gün "Baku City Hospital" köçürülüb.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
(oxu.az)