AZ

Qəzaya düşən müğənnidən xəbər var - Prodüseri danışdı

"Ayla Şiriyevanın (Aila Rai) səhhəti yaxşıdır, həyati təhlükəsi yoxdur, əməliyyat uğurlu keçib".

Yenisabah.az oxu.az-a istinadla xəbər verir ki, bunu gənc müğənninin prodüseri Aytən Əliyeva deyib.

O əlavə edib ki, A.Şiriyeva hazırda özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib:

"Aidə xanım xəsarət alıb, əməliyyat keçirib. Amma vəziyyətinin ağır olması ilə bağlı yayılan məlumatlar yanlışdır".

Xatırladaq ki, ötən gün Bakı-Quba magistral avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. 90-ZD-873 dövlət qeydiyyat nişanlı "KIA Sportage"i idarə edən qadın sürücü avtomobili aşırıb. Hadisə nəticəsində yeddi nəfər xəsarət alıb. Həmin qəzanın iştirakçılarından biri də A.Şiriyeva olub.


Telegram kanalımız
Seçilən
29
9
yenisabah.az

9Mənbələr