AZ

Azərbaycanda əmlak sığortası üzrə daxilomalar və ödənişlər artıb

Ötən il Azərbaycanda əmlak sığortası üzrə 233,5 milyon manat sığorta haqqı toplanılıb.

Bu barədə Kommersant.az Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 51,8 milyon manat və ya 28,5% çoxdur.

Eyni zamanda hesabat dövründə əmlak sığortası üzrə 37,9 milyon manat sığorta ödənişləri həyata keçirilib ki, bu da 2023-cü ildəki göstəriciyə nisbətən 15,9 milyon manat və ya 72,6% çoxdur.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycanda sığorta yığımlarının həcmi 1,3 milyard manat təşkil edib. Bu, 2023-cü ildəki göstəricilərlər müqayisədə 130,6 milyon manat və ya 10,7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 752,7 milyon manat olub ki, bu da illik müqayisədə 165,4 milyon manat və ya 28,1% artım deməkdir.

Seçilən
8
4
kommersant.az

5Mənbələr