AZ

Azərbaycanda kredit sığortası üzrə yığım və ödənişlər artıb

Ötən il Azərbaycanda kredit sığortası üzrə 5,2 milyon manat sığorta haqqı toplanılıb.

Bu barədə Day.Az Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 3,4 milyon manat və ya 2,8 dəfə çoxdur.

 

Eyni zamanda hesabat dövründə kredit sığortası üzrə 2 min manat sığorta ödənişləri həyata keçirilib ki, bu da 2023-cü ildəki göstəriciyə nisbətən 74 min manat və ya 38 dəfə çoxdur.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycanda sığorta yığımlarının həcmi 1,3 milyard manat təşkil edib. Bu, 2023-cü ildəki göstəricilərlə müqayisədə 130,6 milyon manat və ya 10,7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 752,7 milyon manat olub ki, bu da illik müqayisədə 165,4 milyon manat və ya 28,1% artım deməkdir.

Seçilən
7
4
day.az

5Mənbələr