AZ

Mikroavtobusla yük maşınının toqquşması nəticəsində 9 nəfər ÖLDÜ

Hindistanın şimalında yerləşən Pəncab əyalətində mikroavtobusla yük maşınının toqquşması nəticəsində azı 9 nəfər ölüb, 15 nəfər isə ağır yaralanıb.

Avtosfer.az Sinxua agentliyinə istinadla xəbər verir ki, xilasetmə əməliyyatına beş təcili yardım maşını cəlb olunub.

Bildirilib ki, hazırda yaralılar xəstəxanaya yerləşdirilir.

Polis qəza ilə bağlı cinayət işi açıb və araşdırmalara başlayıb.

(azərtac)

Seçilən
4
3
avtosfer.az

4Mənbələr