AZ

Hindistanda mikroavtobusla yük maşını toqquşdu: ölənlər və yaralananlar var

Hindistanın şimalında yerləşən Pəncab əyalətində mikroavtobusla yük maşını toqquşub.

Day.Az xarici KİV-lərə istinadən xəbər verir ki, qəza nəticəsində azı 9 nəfər ölüb, 15 nəfər isə ağır yaralanıb.

 

Məlumata görə, xilasetmə əməliyyatına beş təcili yardım maşını cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis qəza ilə bağlı cinayət işi açıb və araşdırmalara başlayıb.

Seçilən
3
3
day.az

4Mənbələr