AZ

Avropa Liqasında pley-offun püşkü atıldı

Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutmuş tədbirdə 1/16 finalın cütləri bəlli olub.

Avroliqanın Liqa mərhələsində 9-24-cü yerləri tutan 16 komandanın rəqiblərinin adına aydınlıq gəlib.

Türkiyə təmsilçilərindən “Fənərbağça” Belçikanın “Anderlext” kollektivi ilə üz-üzə gələcək. “Qalatasaray” isə Niderlandın “Alkmar” klubunun müqavimətini qırmağa çalışacaq.

Avropa Liqası
Pley-off mərhələsi

“Tvente” (Niderland) – “Bodo Qlimt” (Norveç)
“Fənərbağça” (Türkiyə) – “Anderlext” (Belçika)
“Yunion” (Belçika) – “Ayaks” (Niderland)
PAOK (Yunanıstan) – “Styaua” (Rumıniya)
“Alkmar” (Niderland) – “Qalatasaray” (Türkiyə)
“Midtyulland” (Danimarka) – “Real Sosyedad” (İspaniya)
“Ferentsvaroş” (Macarıstan) – “Viktoriya” (Çexiya)
“Portu” (Portuqaliya) – “Roma” (İtaliya)

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları fevralın 13-də baş tutacaq. Cavab qarşılaşmaları isə ayın 20-də keçiriləcək.

“Latsio” (İtaliya), “Atletik” (İspaniya), “Mançester Yunayted”, “Tottenhem” (hər ikisi İngiltərə), “Ayntraxt” (Almaniya), “Olimpik” (Lion, Fransa), “Olimpiakos” (Yunanıstan) və “Reyncers” (Şotlandiya) birbaşa 1/8 finala vəsiqə qazanıblar.

Seçilən
21
19
arena.az

10Mənbələr