AZ

ÇL və AL-da pley-off mərhələsinin püşkü atılıb

Yazını böyüt
Yazını kiçilt

Bu gün UEFA Çempionlar Liqası (ÇL) və Avropa Liqasında (AL) pley-off mərhələlərinin püşkü atılıb.

Hafta.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Liqa mərhələsində 9-24-cü yerləri tutan komandalar 8 cüt təşkil ediblər.

Mərhələnin ən maraqla gözlənilən oyunlarından biri "Mançester Siti" ilə "Real" arasında olacaq. Bu cütü erkən final da adlandırmaq olar.

Pley-off mərhələsinin cütləri

"Brest” (Fransa) – PSJ (Fransa)

"Monako” (Fransa) - “Benfika” (Portuqaliya)

"Sportinq” (Portuqaliya) – Borussiya” (D.Almaniya)

“Brügge” (Belçika) - “Atalanta” (İtaliya)

“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya)

“Seltik” (Şotlandiya) - “Bavariya” (Almaniya)

“Yuventus” (İtaliya) – PSV (Niderland)

“Feyenoord” (Niderland) - “Milan” (İtaliya)

ÇL-də pley-offun ilk oyunları 11-12 fevral tarixlərində, cavab görüşləri 18-19 fevralda keçiriləcək.

1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.

Avropa Liqasında da pley-off mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Liqa mərhələsində 9-24-cü yerləri tutan komandalar pley-offda 8 cüt təşkil edib.

Türkiyə klublarından "Qalatasaray" bu mərhələdə "AZ Alkmaar"la (Niderland), "Fənərbaxça" isə "Anderlext"lə (Belçka) qarşılaşacaq.

Pley-off mərhələsinin mümkün cütləri

"Tvente" (Niderland) - “Budyo Qlimt” (Norveç)

"Fənərbağça" (Türkiyə) - “Anderlext” (Belçika)

“Yunion” (Belçika) - "Ayaks" (Niderland)

PAOK (Yunanıstan) - FCSB (Rumıniya)

"AZ Alkmaar" (Niderland) - "Qalatasaray" (Türkiyə)

“Mityülland” (Danimarka) - "Real Sosyedad" (İspaniya)

“Ferentsvaroş” (Macarıstan) - "Viktoriya" (Çexiya)

"Portu" (Portuqaliya) - "Roma" (İtaliya)

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları fevralın 13-də, cavab matçları isə fevralın 20-də keçiriləcək.

Seçilən
32
5
hafta.az

10Mənbələr