AZ

Müharibə Ukraynanı bir əsr geriyə atıb – ABŞ dövlət katibi Marko Rubio

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, hərbi münaqişə Ukraynanı bir əsr geriyə salıb və onun enerji infrastrukturuna ciddi ziyan vurub.

Oqeyd edib ki, xeyli sayda ukraynalı ölkəni tərk edib və heç vaxt geri qayıtmayacaq. Rubio münaqişəyə son qoymağın zəruriliyini təkrarlayıb və təklif etdi ki, hər bir tərəf danışıqlarda müəyyən güzəştlərə getməyə hazır olmalıdır.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının prorektoru Oleq Karpoviç bildirib ki, ABŞ keçmiş prezident Co Baydenin Qərb dövlətlərini Rusiyaya qarşı birləşdirməyə yönəlmiş “qanlı” Ukrayna layihəsindən məyus olub.

//Samir Qurbanov, Editor.az

Seçilən
26
editor.az

1Mənbələr