AZ

Pentaqon ABŞ Kiber Komandanlığına Rusiya ilə bağlı ƏMR VERDİ

Pentaqonun rəhbəri Pit Heqset ABŞ Kiber Komandanlığına Rusiya Federasiyasına qarşı bütün fəaliyyəti dayandırmağı əmr edib.

Publika.az xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb.

Bildirilib ki, Rusiyaya qarşı kiber əməliyyatların tamamilə dayandırılması barədə göstəriş verilib.

"Record" əlavə edib ki, bu addım Vaşinqtonun Moskva ilə münasibətləri normallaşdırmaq istəyini nümayiş etdirir.

Ötən gün Rusiya və ABŞ nümayəndələrinin İstanbulda görüşdüyü barədə xəbərlər yayılıb. Təxminən altı saat yarım davam edən danışıqlarda iki ölkənin səfirlik və konsulluqlarının işinin bərpası ilə bağlı məsələlər müzakirə olunub.

Görüşdən əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, ABŞ-ın əvvəlki administrasiyasının hərəkətləri nəticəsində sistemli problemlər yaranıb.

Seçilən
16
50
publika.az

10Mənbələr