Bakının Xəzər rayonunda 34 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb. 1news.az "Report"a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Ağayev Nurlan Ağabəy oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin və onurğa sütununun travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.