ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzünə son qoymaq üçün prezident Vladimir Putinlə danışacağını bildirib.
XəzərNews.az xəbər verir ki, Amerika prezidenti bunu yanvarın 31-də Ağ Evdə keçirdiyi brifinqdə deyib.
"Biz danışacağıq. Və düşünürəm ki, fərq yaradacaq bir şey edəcəyik. Biz bu müharibəni bitirmək istəyirik", - Tramp deyib.
Lakin o, Putinlə artıq əlaqəsinin olub-olmaması sualına cavab verməkdən imtina edib.
Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsini mənasız adlandırıb və qeyd edib ki, bu, “bitməlidir”.
Amerika prezidenti Rusiya ilə ABŞ arasında müharibə məsələsi ilə bağlı “çox ciddi müzakirələrin” mövcudluğundan da danışıb.
Xəbər 1 dəfə oxunub.