AZ

Rusiya ilə ciddi müzakirələr gedir – Tramp elan etdi

Ukraynadakı müharibənin başa çatması üçün Rusiya nümayəndələri ilə ciddi məsləhətləşmələr aparırıq.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp brifinqdə deyib.

“Biz Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya ilə çox ciddi müzakirələr aparırıq”, - o bildirib.

O vurğulayıb ki, müzakirələr ona Ukrayna münaqişəsinin bitməsinin mümkün vaxtını anlamağa imkan verəcək:

“Biz danışacağıq və bəlkə də çox əhəmiyyətli olacaq bir şey edəcəyik. Biz bu müharibəni bitirmək istəyirik”.

Seçilən
24
8
axar.az

7Mənbələr