AZ

Trampın istintaqında iştirak edən yüzlərlə FTB agenti işdən çıxarıla bilər

ABŞ administrasiyası ABŞ prezidenti Donald Trampla bağlı işlərlə məşğul olan Federal Təhqiqatlar Bürosunun(FTB) əməkdaşlarını işdən çıxarmağı planlaşdırır.

XəzərNews.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Məlumata görə, FTB-nin yüzlərlə əməkdaşı işdən çıxarıla bilər.

İlk növbədə, bu tədbir xüsusi prokuror Cek Smitlə əməkdaşlıq etmiş agentlərə təsir edəcək . Məhz o, 2021-ci ilin yanvarında Kapitoliyə hücumun şərtlərini araşdırıb və Trampın məxfi sənədləri düzgün saxlamaması ilə bağlı işə rəhbərlik edib.

Hüseyn
XəzərNews.az


Xəbər 5 dəfə oxunub.
Seçilən
13
1
xezernews.az

10Mənbələr