![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/1738382717692450478_1200x630.webp)
ABŞ administrasiyası Prezident Donald Trampla bağlı araşdırmalarda iştirak edən Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşlarını işdən çıxarmağı planlaşdırır. Bu barədə “Washington Post” qəzeti yazıb.
Məlumata görə, FTB-nin yüzlərlə əməkdaşı işdən çıxarıla bilər. Xüsusilə bu məsələ 2021-ci ilin yanvarında Vaşinqtonda Kapitoliyə hücumun şərtlərini araşdıran, həmçinin Trampın məxfi sənədləri düzgün saxlamaması ilə bağlı işə rəhbərlik edən xüsusi müşavir Cek Smitlə əməkdaşlıq edən agentlərə təsir edə bilər.
Mətləb Salahov