AZ

Uğurlu dövlət siyasəti gənclər üçün geniş imkanlar yaradır

Bakı. Trend:

Azərbaycan dövləti hər zaman gənclərə böyük diqqət vəqayğı ilə yanaşıb. Respublikamızın inkişafı və həyata keçirilənuğurlu gənclər siyasəti gənc nəslin də yüksəlişi və cəmiyyəthəyatının bütün sferalarında fəaliyyət göstərə bilmələri üçün genişimkanlar açıb. Ona görə bu gün hər bir sahədə yüksək biliklərə,intellektual dünyagörüşünə malik, Azərbaycanı dünyada layiqincətəmsil edən gənclərə rast gəlmək mümkündür.

Respublikamızda uğurlu gənclər siyasətinin əsasını xalqımızınUlu Öndəri Heydər Əliyev qoyub. Gənclərlə bağlı məsələlər hər zamanHeydər Əliyevin nəzarətində olub. Azərbaycanı gənclər ölkəsi,gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəsləqayğını əsirgəməyib. Təsadüfi deyil ki, Ümummilli Lider HeydərƏliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra gənclərlə işdövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

Fevral ayının 2-nin Azərbaycanda Gəncləri Günü kimi qeydedilməsi də Ulu Öndər Heydər Əliyevin gənc nəslə göstərdiyidiqqətin və etimadın göstəricisidir. Qeyd edək ki, Ulu Öndəriniştirakı ilə 1996-cı il fevralın 2-də keçirilən AzərbaycanGənclərinin I Forumu respublikamızda gənclər siyasətinin tamamiləyeni mərhələyə qədəm qoymasına yol açıb. Birinci Forumdan sonragənc istedadların «Qızıl kitabı»nın təsis edilməsi, adları “Qızılkitab”a yazılan gənc istedadlar üçün xüsusi təqaüdlərin ayrılması,fevral ayının 2-nin təqvimə "Azərbaycan Gəncləri Günü"nün daxiledilməsi, müxtəlif proqramların həyata keçirilməsi gənclərhərəkatının inkişafına təkan verib. 2002-ci ildə isə Milli Məclisdə«Gənclər siyasəti haqqında» qanun qəbul edilib. Gənclərlə bağlıxüsusi bir qanun olması bir daha təsdiq edir ki, gənclərlə bağlıməsələlər dövlət siyasətinin prioritet istiqamətlərindənbiridir.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlət gənclərsiyasətini uğurla davam etdirən Prezident İlham Əliyev bu siyasətinhəm də mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təminedib. Ötən 21 ilin mənzərəsinə nəzər salanda gənclərlə bağlı nəqədər böyük və əhatəli işlərin həyata keçirildiyini görməkmümkündür.

Bu dövrdə ardıcıl şəkildə gənclərlə bağlı dövlət proqramlarınınqəbul edilməsi, 2007-ci ilin "Gənclər ili" elan olunması,“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişafStrategiyası”nın təsdiq edilməsi, Azərbaycan RespublikasınınGənclər Fondunun fəaliyyətə başlaması, ölkəmizin hər yerində«Gənclər Evi»nin yaradılması, gənc ailələrin sosial qayğılarınındəstəklənməsi, ipoteka şərtlərinin sadələşdirilməsi məhz gənclərininkişafına, cəmiyyətdə öz layiqli yerlərini tutmalarına,qayğılarının aradan qaldırılmasına hesablanmış addımlardır.Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm vəəlamətdar qərarlardan biri də 2013-cü ildə ilk dəfə olaraq “Gənclərüçün Prezident Mükafatı”nın təsis edilməsidir. Elm, mədəniyyət, ocümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclərlə iş, ictimai vəsosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrindəxüsusi fərqlənən gənclərə verilən bu mükafat gənclərə göstərilənali diqqətin göstəricisidir.

Gənclərə diqqət və qayğıdan, onların inkişafı ilə bağlı görülənişlərdən bəhs edərkən Heydər Əliyev Fondunun töhfələrini də xüsusiqeyd etməliyik. Çünki Azərbaycan gənclərinin fərdi və peşəkarinkişafı naminə Heydər Əliyev Fondu bir sıra istiqamətlər üzrəmüxtəlif təyinatlı layihələr icra edir. Bu baxımdan gənclərinyaradıcı potensialının, bilik və bacarıqlarının aşkaraçıxarılmasında və inkişaf etdirilməsində, o cümlədən uşaqların vəgənclərin hərtərəfli biliklərə malik layiqli vətəndaş kimiformalaşmalarında Heydər Əliyev Fondunun xidmətlərimisilsizdir.

Azərbaycanda gənc kadrların idarəçilikdə irəli çəkilməsi dədövlət gənclər siyasətinin əsas göstəricilərindən biridir. Buistiqamətdə mühüm tədbirlərdən biri olan “Yüksəliş” müsabiqəsinintəsis edilməsi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləriyüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi,dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasında böyükrol oynayır.

Dövlət gənclər siyasətinin diqqətçəkən uğurlarından biri dəgənclərin xarici ölkələrdə təhsilinin xüsusi diqqət mərkəzindəsaxlanılmasıdır. Prezident İlham Əliyev tərəfindən imzalanmışsərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycangənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın,habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında alitəhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrəDövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gəncidünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olub.Hazırda “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsilmüəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçünDövlət Proqramı" uğurla icra olunur. Göründüyü kimi “Qara qızıl”ıninsan kapitalına çevrilməsi strategiyasının icrası çərçivəsindəgənclərimizin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrindətəhsil almaları uğurla təmin olunur.

Uğurla reallaşan dövlət gənclər siyasətinin nəticəsi kimi ötən21 ildə gənclərin inkişafında, təhsilində, məşğulluqlarının təminedilməsində, gənc nəslin cəmiyyət həyatının bütün sferalarındatəmsilçilik səviyyələrində pozitiv dəyişikliklər baş verib. Busiyasətin nəticəsidir ki, Azərbaycan gənci həm də vətənpərvərdir,milli dəyərlərə bağlıdır. Dövlətə, xalqa sədaqət ruhunda yetişən,formalaşan gənclərimiz 44 günlük müharibədə və antiterrortədbirlərində Vətənə xidmətin ən böyük nümunələrini yaratdılar.Torpaqlarımızın işğaldan azadlığı uğrunda döyüşən, canından keçənqəhrəman oğullarımızın böyük hissəsi məhz gənclərimiz idi.

«Vətən uğrunda, torpaq uğrunda qabağagedənlərin əksəriyyəti gənclər idi. Bu,hər birimiz üçün qürur mənbəyidir” – deyəPrezident İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsrolunmuş Gənclər Forumunda bildirib.

Gənclərimizin rəşadəti sayəsində ölkəmizin ərazi bütövlüyü bərpaolundu, xalqımız tarixi torpaqlarına qovuşdu. Onlar öz igidlikləriilə sinələrində daşıdıqları vətən sevgisini nümayiş etdirdilər.Şəhid gənclərimizin əziz xatirəsi daim Azərbaycan xalqının qəlbindəyaşayacaq.

Gənclərimizin vətənpərvərliyini nümayiş etdirən mühümfaktorlardan biri də onların idmançı kimi ölkəmizi beynəlxalqyarışlarda layiqincə təmsil etmələridir. Bu gün nüfuzlu idmanyarışlarında Azərbaycanın adını ucaldan, bayrağımızı yüksəldən,himnimizi səsləndirən idmançılarımızın əsas qismi məhz gənc nəslinnümayəndələridir.

Bütün bu qeyd olunanlar Azərbaycanda həyata keçirilən uğurlugənclər siyasətindən, gənclərə göstərilən böyük etimaddan xəbərverir. Bu siyasət gənclər üçün geniş imkanlar yaradır. Əminik ki,göstərilən diqqəti, qayğını və etimadı layiqincə dəyərləndirəngənclərimiz bundan sonra da təmsil olunduqları bütün sahələrdə fəalolacaq, layiqli vətəndaşlar kimi dövlətimizin və xalqımızınmaraqlarının keşiyində dayanacaqlar.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Seçilən
10
2
az.trend.az

3Mənbələr