AZ

Tailandda turistləri daşıyan avtobus aşıb, xəsarət alanlar var » AzadMedia.az


Tailandda turist avtobusu 15 metr hündürlükdən aşıb.

Bu barədə yerli “BrightTV” məlumat yayıb.

"Qəza Phuketdəki Karon-Patonq aşırımında baş verib. Bir qrup turist ekskursiyadan qayıdarkən avtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi hotelin yaxınlığında yoldan çıxıb", - telekanal qeyd edir.

Qəza nəticəsində doqquz nəfər xəsarət alıb. İlkin məlumata görə, onların arasında rusiyalılar və çinlilər var.

Hadisə yerində xilasetmə xidmətləri işləyir.
Seçilən
22
10
azadmedia.az

10Mənbələr