AZ

Tailandda turistləri daşıyan avtobus aşdı - Xəsarət alanlar var

Tailandda turist avtobusu 15 metr hündürlükdən aşıb.

 

Sfera.az xəbər verir ki, bu barədə yerli “BrightTV” məlumat yayıb.

 

"Qəza Phuketdəki Karon-Patonq aşırımında baş verib. Bir qrup turist ekskursiyadan qayıdarkən avtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi hotelin yaxınlığında yoldan çıxıb", - telekanal qeyd edir.

 

Qəza nəticəsində doqquz nəfər xəsarət alıb. İlkin məlumata görə, onların arasında rusiyalılar və çinlilər var.

 

Hadisə yerində xilasetmə xidmətləri işləyir.

Seçilən
19
10
sfera.az

10Mənbələr