AZ

“Zirə” iki futbolçusu ilə müqavilə müddətini artırdı

"Zirə" iki futbolçusu ilə müqavilə müddətini artırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

Bildirilib ki, "qartallar" Salifu Suma və İssa Cibrilla ilə yeni sözləşmə imzalayıblar.

Yeni müqaviləyə əsasən, hər iki futbolçu 2027-ci ilin yayına qədər paytaxt təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, İssa Cibrilla 2022, Salifu Suma isə 2023-cü ildən "Zirə"nin formasını geyinir.


Telegram kanalımız
Seçilən
98
24
yenisabah.az

10Mənbələr