Azərbaycanın daha bir cüdoçusu Fransanın paytaxtı Parisdə təşkil olunan "Böyük Dəbilqə" turnirində medal qazanıb.
Yenisabah.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev yarışı 3-cü yerdə tamamlayıb.
O, Portuqaliya təmsilçisi Otari Kvantidzeyə qalib gələrək bürünc medalın sahibi olub.
Qeyd edək ki, bu gün Azərbaycanın digər cüdoçusu Ruslan Paşayev (66 kq) turnirin qızıl medalına sahib çıxıb.
Telegram kanalımız