AZ

Sudanda bazarın bombalanması nəticəsində ölənlərin sayı artıb

Sudanın paytaxtı Xartum yaxınlığındakı Omdurman şəhərində bazarın bombalanması nəticəsində həyatını itirənlərin sayı artıb.

Xezerxeber.az xəbər verir ki, azı 61 nəfər həlak olub. Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Telekanal yerli həkimlərin məlumatlarına istinad edərək, 65-dən çox insanın xəsarət aldığını bildirib. Səhiyyə Nazirliyi isə 54 nəfərin öldüyü, 158 nəfərin yaralandığı barədə məlumat verib.

Zərbənin Çevik Reaksiya Qüvvələri tərəfindən həyata keçirildiyi iddia edilir.

Seçilən
18
3
xezerxeber.az

4Mənbələr