Omdurman şəhərində bazarın bombalanması nəticəsində həyatını itirənlərin sayı artıb.
Sudanın paytaxtı Xartum yaxınlığındakı Omdurman şəhərində bazarın bombalanması nəticəsində həyatını itirənlərin sayı artıb.
Operativ Media xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Son məlumatlara görə, azı 61 nəfər həlak olub, 65-dən çox insan xəsarət alıb. Sudanın Səhiyyə Nazirliyi isə 54 nəfərin öldüyünü, 158 nəfərin yaralandığını bildirib.
Hücumun Çevik Reaksiya Qüvvələri tərəfindən həyata keçirildiyi iddia olunur. Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır.