AZ

2 gənc qız övladını küçəyə atıb onlardan imtina edən məmur Üzeyir Yusifovun FANTASTİK VARİDATI - SİYAHI


“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində Enerji İstehsalı Operatorunun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsi var. Sözügedən İdarənin əsas vəzifəsi “Azərenerji” ASC-nin balansında olan bütün obyektlərin təmir-tikinti işlərinə nəzarət etməkdir. Xidmət İdarəsinin rəisi Yusifov Üzeyir Milan oğludur


Qeyd edək ki, Üzeyir Yusifov 2000-ci ilə qədər “Azərenerji” ASC-nin Xüsusi Təkmilləşdirmə Quraşdırma Mərkəzinə rəhbərlik etdiyi dövrdə DRES-lərin təmir işlərinə baxdığı zaman dövlət əmlakının külli miqdarda mənimsəmə faktı üzrə barəsində CM-nin 179.3.2 maddəsi üzrə cinayət işi başlanmış və həbs edilmişdir. Üç illik həbasxana həyatından sonra, yəni 2003-cü ildə dövlət büdcəsinə vurduğu 10 milyon manat ziyanı (o vaxtın kursuna görə) vəsaiti formal “ödədikdən” sonra, yəni himayədarlarının köməkliyi sayəsində azadlığa çıxmışdır (lakin faktiki olaraq dövlət büdcəsinə ödəmə haqqında heç bir sənəd olmamışdır).

Məhkumluq həyatını başa vurduqdan sonra Üzeyir Yusifov Gəncə şəhərindəki zavodların birində işə düzəlmiş, 2018-ci ildə Baba Rzayevin (əslində isə həmyerlisi, “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyevin)” sayəsində Azərenerji” ASC-nin Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsində rəis vəzifəsinə gətirilmişdir.


Tərəf yazır ki, bloqumuzun poçtuna Yusifov Üzeyirin nigahdan kənar qızı Yusifova Şamba Üzeyir qızıından şikayət məktubu daxil olub. Məktubun nöqtə vergülünə toxunmadan oxuculara təqdim edirik:


 


Mətbuatda gedən və təkzib olunmayan məlumatlara görə Yusifov Üzeyir sərvəti heç də az deyil və onun nigahdan kənarda olsa ( doğum şəhadətnaməsində onun atalığı qeyd olunub)qızlarına kömək etməməsi başa düşülən deyil.


Refereans.az bildirir ki, Aktualinfo.org saytınn verdiyi məlumata görə onun əmlakı aşağıdakı siyahıda qeyd olunanlardır:


Bakı şəhəri, Səbayıl rayonu, Xəqani küçəsi , ev 26/32, mən., 53-də Masallı sakini Orduxandan aldığı və dəyəri 280 000 manat olan 4 otaqlı mənzil,

Bakının Nəsimi rayonu, 28 May küçəsi, 33-də sabiq deputat Elxan Süleymanovun oğlundan 440 000 manata aldığı 4 otaqlı, 165 kv.m sahəsi olan təmirli mənzili,


Bakının Binəqədi rayonu, Novxanı qəsəbəsində, RES TİME restoranını dönəndən 300 m içəridə, transformatorun yanında dəyəri 500 000 mant olan iki mərtəbəli villası,


Mingəçevir şəhəri, Maqomayev küçəsi 18/18-də yerləşən küçənin sağ və solundakı 12 mərtəbəli binalarda, 115 kv m sahəsi olan 3 otaqlı mənzillər.


Özünün etirf etdiyinə görə Balababa müəllimin ona bağışladığı 2 ədəd villa,
2019-cu il buraxılışlı, 99 VX 199 dövlət nömrə nişanlı, ağ rəngli 200 000 manata aldığı Rang Rover avtomobili,
2020-ci il buraxılışlı, 99 ZR 199 nömrəli göy rəngli BMV X-6 avtomobili,
Kürəkəninə aldığı 2020-ci il buraxılışlı 99 CY 199 nömrəli MERCEDES avtomobili,
CİP Camar markalı avtomobili,
2019-cu il burxılışlı KİA STİNGER markalı, 99 UC 199 nömrəli göy avtomobil,


Hazırda yeni 2022-ci il buraxılışlı Hundai Sonata, 77 PB 199 nömrəli xidməti avtomobilini idarə edir. Digərləri qarajda toz basır.


Qızı Əliyeva Aysu Üzeyir qızının adına sənədləşdirdiyi və 600 000 manata aldığı, Bakı şəhəri, Xətai rayonu, 55 saylı orta məktəbin yanındakı, 122 kv m sahəsi olan “AY Beauty Gallery” gözəllik salonu.,


Bakı, Səbail rayonu, “Hökümət Evi”nin arxasında yerləşən binadan aldığı 500 000 manat dəyəri olan mənzili,
2024-cü ildə həyat yoldaşı Suğra Yusifovanın adına sənədləşən Mingəçevir şəhərinə bir neçə km qalmış, yolun sağında yerləşən 0.24 ha torpaq sahəsi və üzərində tikilməkdə olan 2 ədəd ikimərtəbəli villalar.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!

Seçilən
15
3
referans.az

4Mənbələr