AZ

Milyoner məmur ata və səfalət içində yaşayan iki qızı...

Baba Rzayevin "özəl" kadrı Üzeyir Yusifov 2 qız övladına niyə sahib çıxmır...

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində Enerji İstehsalı Operatorunun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsi var. Sözügedən İdarənin əsas vəzifəsi “Azərenerji” ASC-nin balansında olan bütün obyektlərin təmir-tikinti işlərinə nəzarət etməkdir. Xidmət İdarəsinin rəisi Yusifov Üzeyir Milan oğludur.

Yenixeber.org xəbər verir, Üzeyir Yusifov 2000-ci ilə qədər “Azərenerji” ASC-nin Xüsusi Təkmilləşdirmə Quraşdırma Mərkəzinə rəhbərlik etdiyi dövrdə DRES-lərin təmir işlərinə baxdığı zaman dövlət əmlakının külli miqdarda mənimsəmə faktı üzrə barəsində CM-nin 179.3.2 maddəsi üzrə cinayət işi başlanmış və həbs edilib. Üç illik həbasxana həyatından sonra, yəni 2003-cü ildə dövlət büdcəsinə vurduğu 10 milyon manat ziyanı (o vaxtın kursuna görə) vəsaiti formal “ödədikdən” sonra, yəni himayədarlarının köməkliyi sayəsində azadlığa çıxıb (Faktiki olaraq dövlət büdcəsinə ödəmə haqqında heç bir sənəd olmayıb).

Məhkumluq həyatını başa vurduqdan sonra Üzeyir Yusifov Gəncə şəhərindəki zavodların birində işə düzəlib, 2018-ci ildə Baba Rzayevin (əslində isə həmyerlisi, “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyevin)” sayəsində Azərenerji” ASC-nin Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsində rəis vəzifəsinə gətirilib.

Teref yazır ki, portalın poçtuna Yusifov Üzeyirin nigahdan kənar qızı Yusifova Şamba Üzeyir qızıından şikayət məktubu daxil olub. Məktubun nöqtə vergülünə toxunmadan oxuculara təqdim edirik:

"Mən Yusifova Şamba Üzeyir qızı "nikahdan sonra Rəhmanova) 1992 ci ildə aprelin 21de Mingəçevir şəhərində anadan olmuşam. Bacım Yusifova Səmar Üzeyir qızı (nikahdan sonra Məmmədova) 1993cü ildə noyabrın 22-də Cəlilabad rayonunda anadan olub. Biz Yusifov Üzeyirin nikahdan kənar olan övladlarıyıq. Lakin 2000-ci ildə Yusifov Üzeyir həbs edildikdən sonra anama çoxsayli vədlər verərək həbsdən azad olunduqdan sonra bizə öz atalıq borcunu yerinə gətirəcəyini, ailə olacağını vəd edib.

Bu səbəblə də bizi azyaşli himayədarları olaraq göstərib, məhkəmənin qət etdiyi hökmün azaltmasına nail olub. Həbsdə olarkən anamla birgə dəfələrlə 10 sayli cəzaçəkmə müəssəsində görüşünə getmişik. Lakin əfsuslar olsun ki, Yusifov Üzeyir Milan oğlu həbsdən azad olduqdan sonra 2 dəfə bizi ziyarətə gəlib. Daha sonra əlaqəni tamamilə kəsib.

Bu illər ərzində mən və bacım anamin minimum əmək haqqısı və öz imkanlarımızla həyata tutunmağa çalışmışıq. Müxtəlif mağazalarda fəhlə köməkçisi təmizlikçi satıcı və s çalışmışıq. 2012ci ildən Bakida kirayə yaşayırıq. Anamın səhhəti yol vermədiyi üçün işləmir. 2018-ci ildə aile həyatı qurmuşam. 2020ci ilin yanvar ayında yoldaşım işdən çıxıb ailə münaqişəsi zəmnində ölkəni tərk edib. Yoldaşim tərk edəndə qızıma hamilə oğlum isə 6aylıq idi. Hal hazırdada kirayədə qalıram heç bir sosial yardım almıram. 400 manat gəlirlə satıcı çalışıram.

2024cü ildə iyul ayında atam Yusifov Üzeyirin axtarışına başladım. Çoxsaylı cəhdlərdən sonra əlaqə nömrəsini tapdım. Saytlarda çox saylı məqalələrinidə çap olunduğunu da oxudum. İlk öncə ondan yardım istədim, kiçik video cəkdim problemlərimi bildirdim, şəxsi nömrəmlə əlaqə saxlamasını dəfələrlə xahiş etdim. Bundan sonra mən əlaqə saxlayaraq yenidən problemlərimin olduğunu çox böyük maddi sıxıntı içərisinde olduğumu kirayə haqqını xərclərimi ödəyə bilmədiyimi bildirdim. Bundan sonra mənim bank kartımı götürərək 55, 60, 90,85, 100 ve s xırda məbləğlər göndərərək xərcələrimi qarşılayacağını bildirdi. Halbuki digər qızı Yusifova Aysunun qarajında 3 lüks avtomobil bir neçə çoxotaqlı mənzillər və dəyəri yüzminlərlə ölçülən daşınmaz əmlaklar var.

En son oğlumun səhhəti ilə bağlı əməliyyatı üçün 1100 manat istədim. Qarşıllğında isə mənim imkanım yoxdur, İtaliyaya getmişdim orda ayağımı böcək dişliyib ondan virus kecib ayağim cürüyür ayağımı kəsirlər, sənə o qədər pul verə bilmiyəcəm, dedi. Daha sonra əlaqə saxladım və 3 gün vaxtım olduğunu bildirdim və mənə cavabında "Mənə müddət qoyma" mən onsuzda mart ayından təqaüdə çıxıram. Əldə etdiyim məlumata görə 15il əvvəl təqaüdə çıxıb.

Çarəsizcə yardım istədiyim Atam bütün müraciətlərimi cavabsız qoyur. 2-3aydan bir kirayələrin qiymətləri artır bu səbəbdən maddi imkanim yol vermədiyi üçün 2 azyaşlı körpələrimlə mənə maddi dəstək durub evlə təmin etməsini istəmişdim.

Mətbuatda gedən və təkzib olunmayan məlumatlara görə Yusifov Üzeyir sərvəti heç də az deyil və onun nigahdan kənarda olsa (doğum şəhadətnaməsində onun atalığı qeyd olunub)qızlarına kömək etməmə\si başa düşülən deyil

Aktualinfo.org saytının verdiyi məlumata görə onun əmlakı aşağıdakı siyahıda qeyd olunanlardır:

Bakı şəhəri, Səbayıl rayonu, Xəqani küçəsi , ev 26/32, mən, 53-də Masallı sakini Orduxandan aldığı və dəyəri 280 000 manat olan 4 otaqlı mənzil;

Bakının Nəsimi rayonu, 28 May küçəsi, 33-də sabiq deputat Elxan Süleymanovun oğlundan 440 000 manata aldığı 4 otaqlı, 165 kv.m sahəsi olan təmirli mənzili;

Bakının Binəqədi rayonu, Novxanı qəsəbəsində, RES TİME restoranını dönəndən 300 m içəridə, transformatorun yanında dəyəri 500 000 mant olan iki mərtəbəli villası;

Mingəçevir şəhəri, Maqomayev küçəsi 18/18-də yerləşən küçənin sağ və solundakı 12 mərtəbəli binalarda, 115 kv m sahəsi olan 3 otaqlı mənzillər;

Özünün etirf etdiyinə görə Balababa müəllimin ona bağışladığı 2 ədəd villa;

2019-cu il buraxılışlı, 99 VX 199 dövlət nömrə nişanlı, ağ rəngli 200 000 manata aldığı Rang Rover avtomobili;

2020-ci il buraxılışlı, 99 ZR 199 nömrəli göy rəngli BMV X-6 avtomobili;

Kürəkəninə aldığı 2020-ci il buraxılışlı 99 CY 199 nömrəli MERCEDES avtomobili;

CİP Camar markalı avtomobili;

2019-cu il burxılışlı KİA STİNGER markalı, 99 UC 199 nömrəli göy avtomobil;

Hazırda yeni 2022-ci il buraxılışlı Hundai Sonata, 77 PB 199 nömrəli xidməti avtomobilini idarə edir. Digərləri qarajda toz basır.

Qızı Əliyeva Aysu Üzeyir qızının adına sənədləşdirdiyi və 600 000 manata aldığı, Bakı şəhəri, Xətai rayonu, 55 saylı orta məktəbin yanındakı, 122 kv m sahəsi olan “AY Beauty Gallery” gözəllik salonu;

Bakı, Səbail rayonu, “Hökümət Evi”nin arxasında yerləşən binadan aldığı 500 000 manat dəyəri olan mənzili;

2024-cü ildə həyat yoldaşı Suğra Yusifovanın adına sənədləşən Mingəçevir şəhərinə bir neçə km qalmış, yolun sağında yerləşən 0.24 ha torpaq sahəsi və üzərində tikilməkdə olan 2 ədəd ikimərtəbəli villalar...

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq...

Poliqon.info

Seçilən
0
3
poliqon.info

4Mənbələr