Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək.
Parol.az xəbər verir ki, bunu Ermənistan parlamenti spikerinin mətbuat katibi Movses Arutyunyan bildirib.
O qeyd edib ki, proses prosedura uyğun gedir və ehtimal ki, növbəti dörd günlük sessiyanın (11-14 fevral) plenar iclaslarının gündəliyinə daxil ediləcək.