AZ

Avropa İttifaqının Ermənistana ehtiyacı var?

Avropa İttifaqı Ermənistanın ittifaqın üzvü statusunu almasını gözləyir

Publika.az xəbər verir ki, təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Artak Zeynalyan Ermənistan parlamentində bildirib.

Zeynalyanın sözlərinə görə, Ermənistan Aİ üçün çox dəyərlidir, bu səbəbdən Avropa İttifaqında müsbət qarşılanır. O qeyd edib ki, digər birliklər kimi Avropa İttifaqının da Ermənistana ehtiyacı var.

Zeynalyan vurğulayıb ki, Aİ-nin İrəvanla bağlı mövqeyi digər məsələlərlə yanaşı, hüquqi sənədlərdə, xüsusən də Ermənistan və Avropa İttifaqı arasında hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişində öz əksini tapıb.

Fevralın 10-da Ermənistan parlamentinin növbəti plenar iclaslarının gündəliyinə ölkənin Avropa İttifaqına qoşulması prosesinin başlanması ilə bağlı qanun layihəsinin daxil edildiyi bildirilib.

Seçilən
1
50
publika.az

10Mənbələr