AZ

Əvəzedicilər: “Sumqayıt” 5, “Turan Tovuz” 2 qolla qalib gəldi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 21-ci turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Turan Tovuz”un əvəzediciləri doğma meydanda “Səbail”in ikinci komandası üzərində qələbəyə sevinib. “Sumqayıt”la “Araz-Naxçıvan”ın əvəzedicilərinin bol qollu matçında isə meydan sahibləri darmadağınla qalib gəliblər.

21-ci tura fevralın 3-də baş tutacaq bir oyunla yekun vurulacaq.

Əvəzedicilər Liqası
21-ci tur
1 fevral

“Kəpəz-2” – “Sabah-2” 0:1
Qol: Emil Əmirov, 52.
Hakimlər: Əli Əliyev, Kərim Zeynalov, Anar Bədəlov, Şamil İmanzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Neftçi-2” – “Şamaxı-2” 2:0
Qollar: Məhəmməd Məmmədli, 24. Həbib İsmayılov, 82.
Hakimlər: Əkbər Əhmədov, Gülnurə Əkbərzadə, Vüqar Bayramov, Emin Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Neftçi Futbol Mərkəzi” (4-cü meydança), 15:00.

2 fevral

“Turan Tovuz-2” – “Səbail-2” 2:1
Qollar: Nicat Quliyev, 14; 56 – Ömər Qurbanov, 52.
Hakimlər: Kamranbəy Rəhimov, Tərlan Talıbzadə, Rəhman Aslanov, Sərxan İsmayılov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Tovuz şəhər stadionu, 14:00.

“Sumqayıt-2” – “Araz-Naxçıvan-2” 5:1
Qollar: Nihad Orucəli, 20. Uğur Cahangirov, 41-pen. Vladimir Beruaşvili, 46; 77. Nihad Əmrahzadə, 53-öz qapısına – Bayraməli Qurbanov, 73.
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Zöhrab Abbasov, Murad Səlimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

3 fevral

“Zirə-2” – “Qarabağ-2”
Hakimlər: Kamran Əliyev, Pərvin Talıbov, Asiman Əzizli, Niyaz Əhmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 13:00.

Seçilən
31
3
arena.az

4Mənbələr