Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 21-ci tura yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Zirə” və “Qarabağ”ın əvəzediciləri üz-üzə gəlib. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib.
Əvəzedicilər Liqası
21-ci tur
1 fevral
“Kəpəz-2” – “Sabah-2” 0:1
Qol: Emil Əmirov, 52.
Hakimlər: Əli Əliyev, Kərim Zeynalov, Anar Bədəlov, Şamil İmanzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.
“Neftçi-2” – “Şamaxı-2” 2:0
Qollar: Məhəmməd Məmmədli, 24. Həbib İsmayılov, 82.
Hakimlər: Əkbər Əhmədov, Gülnurə Əkbərzadə, Vüqar Bayramov, Emin Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Neftçi Futbol Mərkəzi” (4-cü meydança), 15:00.
2 fevral
“Turan Tovuz-2” – “Səbail-2” 2:1
Qollar: Nicat Quliyev, 14; 56 – Ömər Qurbanov, 52.
Hakimlər: Kamranbəy Rəhimov, Tərlan Talıbzadə, Rəhman Aslanov, Sərxan İsmayılov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Tovuz şəhər stadionu, 14:00.
“Sumqayıt-2” – “Araz-Naxçıvan-2” 5:1
Qollar: Nihad Orucəli, 20. Uğur Cahangirov, 41-pen. Vladimir Beruaşvili, 46; 77. Nihad Əmrahzadə, 53-öz qapısına – Bayraməli Qurbanov, 73.
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Zöhrab Abbasov, Murad Səlimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.
3 fevral
“Zirə-2” – “Qarabağ-2” 2:2
Qollar: Məhəmməd Səfərov, 47. Vüsal Əliyev, 89-pen – Davud Mənsumov, 31. Qurban Səfərov, 40.
Hakimlər: Kamran Əliyev, Pərvin Talıbov, Asiman Əzizli, Niyaz Əhmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 13:00.