AZ

Qətər Trampın fələstinlilərin Qəzzaya köçürülməsi təklifinə qarşı çıxıb

Qətər ABŞ Prezidenti Donald Trampın Qəzza zolağından evsiz fələstinlilərin ərəb ölkələrinə köçürülməsi təklifini dəstəkləmir.

Bunu Qətər hökumətinin başçısı, xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani Türkiyənin xarici işlər naziri Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Əl Tani vurğulayıb ki, ölkəsi anklavın əhalisini dəstəkləmək üçün səyləri səfərbər etməyə hazırdır.

“Biz fələstinlilərin məcburi köçürülməsi və deportasiyasının qəti əleyhinəyik. Bizim təklifimiz aydındır və ötən gün Qahirədə keçirilən görüşdə də ifadə olunub”, – qətərli nazir qeyd edib.

Seçilən
37
50
korrespondent.az

10Mənbələr