Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Brentford”un qonağı olan “Tottenhem” səfərdən inamlı qələbə ilə qayıdıb. “Mançester Yunayted” isə doğma meydanda “Kristal Palas”a 2 cavabsız qolla uduzub.
Turun mərkəzi oyununda “Arsenal” uğursuz bir mövsüm keçirən son çempion “Mançester Siti”ni sınağa çəkib. Altı qolun qeydə alındığı oyunda “şəhərlilər” böyük hesabla məğlub olublar.
24-cü tura fevralın 3-də keçiriləcək “Çelsi” – “Vest Hem” oyunu ilə yekun vurulacaq.
İngiltərə, Premyer Liqa
24-cü tur
1 fevral
Nottingem Forest – Brayton 7:0
Qollar: Dank, 12-öz qapısına. Gibbs-Uayt, 25. Vud, 32; 64; 69. N.Uilyams, 89. Jota Silva, 90+1.
Bornmut – Liverpul 0:2
Qollar: Salah, 30-pen; 75.
Everton – Lester Siti 4:0
Qollar: Dukure, 1. Beto, 6; 45+2. Ndiaye, 90.
İpsviç Taun – Sauthempton 1:2
Qollar: Delap, 31 – Aribo, 21. Onuaçu, 87.
Nyukasl – Fulhem 1:2
Qollar: Mörfi, 37 – R.Ximenes, 61. R.Munis, 82.
Vulverhempton – Aston Villa 2:0
Qollar: Belleqarde, 12. Kunya, 90+7.
2 fevral
Brentford – Tottenhem 0:2
Qollar: Janelt, 29-öz qapısına. Sarr, 87.
Mançester Yunayted – Kristal Palas 0:2
Qollar: Mateta, 64; 89.
Arsenal – Mançester Siti 5:1
Qollar: Edeqor, 2. Partey, 56. Lyuis-Skelli, 62. Haverts, 76. Nvaneri, 90+3 – Haland, 55.
3 fevral
00:00. Çelsi – Vest Hem